Berni Sanders

Berni Sanders
ing. Bernie Sanders
bayraq
ABŞ-nin Vermont ştatından senator
bayraq2
3 yanvar 2007 – indiyə kimi
Şəxsi məlumatlar
Doğum adı Bernard Sanders
Doğum tarixi 8 sentyabr 1941(1941-09-08)[1][2][…] (82 yaş)
Doğum yeri
Partiya Hürriyət Birliyi (1971–1979)
Partiyasız (2015-ci ilədək)
Demokrat Partiyası (2015-ci ildən)
Təhsili
Fəaliyyəti siyasətçi
Atası İlay Sanders[d][9]
Anası Doroti Sanders[d]
Həyat yoldaşları
  • Ceyn O'Mira Sanders[d] (1988–)[4]
Uşağı 4[5]
Dini İuadizm
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[10]
Elmi dərəcəsi

İmzanın şəkli
berniesanders.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bernard "Berni" Sanders (ing. Bernard "Bernie" Sanders; 8 sentyabr 1941[1][2][…], Bruklin, Nyu-York ştatı, ABŞ[7][8][…]) — ABŞ siyasətçisi, solçu ictimai xadimi, 2007-ci ildən Vermont ştatından seçilmiş senator. Sanders ABŞ Konqresi tarixində ən uzun müddət fəaliyyət göstərən müstəqil konqresmendir. 2013–2015-ci illər arasında Senatın Veteranların işi üzrə komitəsinin sədri olub. 1981–1989-cu illər arasında Vermont, Berlinqton kimi böyük şəhərlərin meri, 1991–2007-ci illər arasında isə ABŞ Nümayəndələr Palatasının üzvü olub. Senatda komitələr formalaşdırılanda Demokrat partiyasına qoşulur[11], Proqressiv Konqressmenlər Forumuna daxildir.(ing. Congressional Progressive Caucus)

Özünü demokratik sosialist (ABŞ senatorları arasında yeganədir) və amerikan proqressivizminin, "Yeni xəttin" nümayəndəsi kimi təqdim edir. Skandinav modeli sosial-demokratiyanın tərəfdarıdır.[12] İşçi və orta təbəqənin maraqlarının müdafiəçisi kimi çıxış edir. Korporasiyaların və Uoll-Stritin təsirlərinə, sosial ədalətsizliyə, əmlak bərabərsizliyinə, varlılar və kasıblar arasında olan kəskin fərqə və polis zorakılığına qarşı çıxır.[13] Seksizmə, homofobiyaya və irqi ayrı-seçkiliyə qarşıdır.

2010-cu ildə Corc Buş tərəfindən varlılara tətbiq edilən vergi güzəştlərinin uzadılmasının qarşısını almaq üçün 8 saatlıq filibaster vəziyyətini yaratmasından sonra senator kimi daha çox şöhrət qazanmışdır.[14] Bütün siyasi karyerası ərzində vətəndaş, əmək və sosial haqqları müdafiə edib. Ümumi tibbi sığorta, ödənilən məzuniyyət haqqı, analıq məzuniyyəti haqqı, qadın hüquqları, afroamerikalıların hüququları uğrunda fəaliyyət göstərib. Minimal əmək haqqının artırılması, ədalətli vergi sisteminin tətbiq edilməsi, sosial sığorta sisteminin möhkəmləndirilməsi, pulsuz ali təhsilin verilməsi, təhsil üçün borc yükünün azaldılması, maliyyə sahəsində daha sərt dövlət tədbirlərinin görülməsi (Qlass-Stiqol qanununun yenidən tətbiq edilməsi), penitensiar sistemdə islahatların aparılması (dünyada ən çox məhbusa sahib ölkələrdən biri olduqları üçün onların azaldılması və özəl türmələrin ləğv edilməsi), marixuananın leqallaşdırılması və iqlim dəyişiklikləri ilə mübarizənin aparılması uğrunda çıxışlar edib.

19 fevral 2019-cu ildə Vermont İctimai Radiosuna verdiyi müsahibədə bildirib ki, 2020-ci ildə baş tutacaq prezident seçkilərində iştirak edəcək.[15][16][17][18]

  1. 1 2 3 4 5 6 SANDERS, Bernard (1941 - ). ABŞ Konqresi.
  2. 1 2 Bernard (Bernie) Sanders // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Biographical Directory of the United States Congress (ing.). GPO, 1903.
  4. 1 2 http://www.politifact.com/punditfact/statements/2015/aug/12/george-will/george-will-reminds-readers-about-bernie-sanders-u/.
  5. https://web.archive.org/web/20170128212952/https://berniesanders.com/about/.
  6. 1 2 https://justfacts.votesmart.org/candidate/biography/27110/bernie-sanders.
  7. 1 2 Fineman H. Bernie Sanders Thinks Hillary Is Eric Cantor (ing.). HuffPost, 2014.
  8. 1 2 Bernie Sanders's '100% Brooklyn' Roots Are as Unshakable as His Accent (ing.). / J. Kahn Manhattan: The New York Times Company, 2015. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
  9. Bernie Sanders' ancestral town in Poland kvells over his Iowa performance. Jewish Telegraphic Agency, 2016.
  10. Çex Milli Hakimiyyət Məlumat bazası.
  11. "Our Caucus | Senate Democratic Leadership" (ingilis). www.democrats.senate.gov. 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.
  12. * Bernie Sanders’s Exceedingly Social But Doesn't Like Parties Arxivləşdirilib 2017-12-24 at the Wayback Machine // The Washington Post
  13. "A leading socialist explains what Bernie Sanders's socialism gets right — and wrong". Vox. 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.
  14. "Bernie Sanders' war on the banks". Salon (ingilis). 2011-10-25. 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.
  15. "Берни Сандерс объявил об участии в выборах президента США в 2020 году". 2019-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  16. CNN, Gregory Krieg. "Bernie Sanders launches second presidential campaign". CNN. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
  17. "Senator Berni Sanders prezidentliyə namizədliyini irəli sürüb". amerikaninsesi.org. 19 fevral 2019. 2019-02-28 tarixində orijinalından arxivləşdirilib.
  18. "Berni Sanders ABŞ prezidenti seçkilərində iştirak etməyə hazırlaşır". azertag.az. 26 yanvar 2019. 2019-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search